Tanınmışlar Zəhra üçün toplaşdı: “Göz yaşımı saxlaya bilmədim”

img

15-07-2017 [15:48]


Muğam Mərkəzində "Zəhra” - müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçirilib.

Musavat.com saytının məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, "Asan Radio” və Azərbaycan Gənclər Fondu tərəfindən təşkil olunub. Anım gecəsi Azərbaycan, rus və ingilis dilində baş tutub.

Layihənin direktoru şairə Nigar Həsənzadə tədbir iştirakçılarına təşəkkürünü bildirib və gecənin məqsədindən danışıb.
Mərasimdə Nigar Camal, Elnur Hüseynov, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Xəyal Rzayev, Şəhriyar del Gerani, Mehman Rəsulov, Solmaz Süleymanlı, Leyli Salayeva çıxış ediblər.

Əməkdar artist Sevda Ələkbərzadə musavat.com saytına Zəhranın ölümünün onu sarsıtdığını bildirib: "Bu dəhşətli hadisədir. Eşitdiyim andan özümə gələ bilmirəm. Bir körpəyə necə qıymaq olar? Həqiqətən, dəhşətli hadisədir”.

"Eurovision-2011” –in qalibi Nigar Camal saytımıza açıqlamasında Zəhranın ölümündən danışıb: "Biz Йubada çəkilişdə idik. Aktyor İslam Mehrəliyev xəbər verdi ki, ermənilərin hücumu nəticəsində 2 yaşlı körpə ölüb. Sosial şəbəkələrdə fotoları gördükdən sonra göz yaşımı saxlaya bilmədim. Uşaqların ölümü dəhşətli hadisədir. Mən də anayam. Uşaqların ölümü məni incidir. Onlar uşaqdır, sadəcə oynamaq və yemək istəyirlər. Körpələrə qıymaq olmaz. Ermənilər yazırlar ki, uşaqları zorlama lazımdır.bu pedofillikdir. Yəqin öz uşaqlarına qarşı o cürdülər ki, bizimkilərə həmin sözləri yazırlar”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutub. Hadisə nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub,


Digər xəbərlər
SON XƏBƏRLƏR