Şriftin ölçüsü / 349 dəfə oxunub

Taksi xidmətlərində gediş haqqı artırıldı

15 Iyul 2017 [15:27]
Ölkədə Aİ 92 markalı benzinin qiymətinin artımından sonra nəqliyyatda gözlənilən artım artıq baş verib.

Artım iqtisadçıların da proqnozlaşdırdığı kimi ilk növbədə taksi xidmətlərində müşahidə olunur. Əməkdaşımızın apardığı sorğu nəticəsində məlum olub ki, xidmətlərdə gediş haqları 1 manatdan 2,5 manata kimi artırılıb.

Belə ki, Uber taksi xidmətiylə əlaqə saxlamaq mümkün olmasa da, hər zaman 2,50 manat gediş haqqı ödənilən məsafəyə bu gün 4 manat 50 qəpik pul yazılıb.

Ölkədə ən ucuz taksi xidməti hesab olunan Salam taksi şirkətindən aldığımız məlumata görə isə, bütün istiqamətlərdə 1 manat artım edilib.

Ulduz taksidən isə saytımıza bildirilib ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur.

189 taksi xidmətindən isə qiymətlərin hələki dəyişmədiyini bildiriblər.

*2424 taksi xidmətinin əməkdaşı isə hələki qiymət artımının gözlənilmədiyini qeyd edib.
bakipost


SON XƏBƏRLƏR