Marşrutlarda gediş haqqı artırılmayacaq – RƏSMİ

img

15-07-2017 [15:14]


"Aİ-92” markalı benzinin pərakəndə satış qiymətinin artması şəhərdaxili sərnişin avtobuslarında gediş haqqına heç bir təsir göstərməyəcək”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-aaçıqlamasında deyib.

Mais Ağayev bildirib ki, hazırda Bakı Nəqliyyat Agentliyində marşrut xətləri üzrə sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə edilmir. Şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq.

Qeyd edək ki, Tarif Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub