Deputatlar tətilə getdi

img

15-07-2017 [10:10]


Bu gündən Milli Məclisin deputatları yay tətilinə çıxır.

Milli Məclisin daxili nizamnaməsinə müvafiq olaraq, deputatlar iyul ayının 15-dən tətilə çıxmış hesab olunurlar.

Parlamentin daxili nizamnaməsinə görə, sentyabrın 15-dən komitə iclasları başlayır.

"Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.

Deputatlara məzuniyyətdə olduqları zaman iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR