14-07-2017 [23:31]
Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü ərəfəsində araşdırmaçı jurnalist Niyaz Niftiyevin "Mətbuatda multikulturalizm” kitabı çapdan çıxıb.
Son yüz ildə ilk dəfə milli azlıqların mətbuat tarixinin araşdırıldığı kitabda siyasi mədəniyyət, xalqların mediada qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlər, onlarla davranış qaydaları, adət və ənənələrinə münasibətin məcmusu ifadə olunur.
Əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, erməni, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı rus, ingilis və fransız dillərində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumiləşdirici nəzər salınır. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı vurğulanır.
Kitabda Azərbaycanın mətbuat tarixinin çağdaş günümüzədək yüksək səviyyədə araşdırıldığı qeyd olunsa da, milli azlıqların və etnik qrupların KİV vasitələri ilə bağlı eyni həqiqətlər söylənilmir. Bildirilir ki, bu günədək mövzunun aktuallığı nəzərə alınmayıb, istər paytaxt, istərsə də multikultural subyektlərin kompakt yaşadığı bölgələrdə nəşr olunan qəzetlərin tarixi, müraciət etdiyi mövzular diqqətdən kənarda qalıb. Azərbaycan mətbuatı tarixində multikulturalizm - milli azlıqların nəşrləri bəzi kiçik istisnalarla daha çox XIX - XX əsr mətbuatımızın tərkib hissəsi kimi öyrənildiyi vurğulanır. Bu nəşrdə mətbuat tariximizdə multikulturalizmə qısa ekskurs olunsa da, daha çox çağdaş Azərbaycan mətbuatında multikultural ənənələr diqqətlə öyrənilir, bu sahəni tənzimləyən beynəlxalq sənədlərdən nümunələr verilir, dünya təcrübəsindən bəzi seçmələr təqdim olunur.
Kitabda, həmçinin, milli azlıqlar haqqında bütün növ KİV-lərdə çap olunan materialların (2008-ci ildən 2017-ci ilin əvvəllərinə kimi olan dövr ərzində 50-dək qəzet, sayt və jurnalın) monitorinqi aparılır. Monitorinq zamanı hansı qəzetin, saytın və ya jurnalın qeyd olunan illərdə neçə dəfə sözügedən mövzuya müraciətləri araşdırılır. Monitorinqə Azərbaycan, rus və ingilis dilli media cəlb olunub.
Qeyd edək ki, kitab "Ön söz”, "Müəllifdən”, "Azərbaycan mətbuatı tarixində multikulturalizm”, "Çağdaş Azərbaycan mətbuatında multikulturalizm”, "Mediada multikulturalizm: Azərbaycanda yaşayan xalqların mətbuatı”, "Beynəlxalq sənədlər və dünya təcrübəsindən bəzi seçmələr”, "Nəticə” və 5 dildə (rus, ingilis, türk, alman, fransız) yazılan "Xülasə”dən ibarətdir. 248 səhifədən ibarət olan əsərin redaktoru Vasif Hüseynovdur.
Xatırladaq ki, bu əsər Niyaz Niftiyevin multikulturalizm mövzusunda ikinci kitabıdır. Müəllifin bu seriyadan olan ilk kitabı "Azərbaycanda birgəyaşayış və mültikulturalizm” (Bakı, 2015, 407 səh) adlanır.
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək