Yol polisi sərnişin və yük daşınması ilə bağlı reydə başlayır

img

14-07-2017 [19:00]


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

BDYPİ-dən Mia.az-a verilən məlumata görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması məqsədilə iyulun 17-dən idarə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə respublika ərazisində tədbir keçirəcək.

Reydlər zamanı sərnişin və yük daşımaları sahəsində çalışan sürücülərin iş və istirahət rejiminə əməl etmələrinə ciddi nəzarət olunacaq, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi, fərqlənmə nişanı, marşrut kartı olmayan, avtovağzallarda müvafiq sənədləşmə aparmadan şəhərlərarası sərnişin daşıma fəaliyyəti göstərən, reysqabağı tibbi müayinədən keçməyən, eləcə də avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması qaydalarına riayət etməyən və ümumilikdə daşıma qaydalarının pozulması hallarına yol verən fiziki və hüquqi şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR