Şriftin ölçüsü / 110 dəfə oxunub

"Zirə" Avropa Liqasına məğlubiyyətlə başladı - Səfərdə

13 Iyul 2017 [23:18]
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Zirə" klubu səfərdə Ruminiyanın "Astra" komandası ilə qarşılaşıb.

Görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə yekulaşıb.

Oyunun 31-ci dəqiqəsində Alexandru Ionitanın qolu ilə "Astra" irəli çıxıb. 31-ci dəqiqədə Rəşad Sadiqov hesabda tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

Ruminiya komandasının oyunçusu Alexandru Dandea 55-ci dəqiqədə hesabı 2:1, Entoni Le Tallek isə 74-cü dəqiqədə 3:1 edib və yekun hesabı müəyyənləşdirib.


SON XƏBƏRLƏR