Ətin qiyməti niyə qalxır? - Səbəb + VİDEO

img

13-07-2017 [22:54]


Adətən yay aylarında mal və qoyun ətinin qiyməti ucuz olsa da, bu dəfə bunun əksi müşahidə olunur. On gün əvvəl satılan mal və qoyun ətinin qiyməti ilə indiki qiymət arasında fərq var.

Xəzər TV xəbər verir ki, paytaxtda mal və qoyun ətinin qiymətində 1 manat - 1 manat 50 qəpik arasında artım var.

Satıcılar buna səbəb kimi rayonlarda otun qiymətinin artmasını göstərirlər.

Yevlaxda da ətin qiyməti qalxıb. Qəssablar 1 kiloqram mal ətini 11 manata təklif edirlər. Satıcılar qoyun ətinin 8, quzu və dana ətinin isə 11 manata satılmasını kəndlidən heyvanı baha almaları ilə əlaqələndirirlər.

Ətin qiymətinin qalxması alıcıların sayına da təsir göstərib. Qəssablar son bir neçə gündə alıcıların sayının nisbətən azaldığını deyirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR