Şriftin ölçüsü / 102 dəfə oxunub

Bələdiyyələr açıq məkanlarda qurulan reklamlardan pul alacaq - Qanun dəyişdi

11 Iyul 2017 [18:54]
Prezident İlham Əliyev bu gün "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə yeni Qanunu təsdiq edib.

Mia.az xəbər verir ki,  bununla da "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 690; 2001, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2004, № 4, maddə 202; 2005, № 2, maddə 62; 2007, № 11, maddə 1082; 2010, № 3, maddə 173; 2011, № 12, maddə 1075; 2015, № 2, maddə 86; 2016, № 11, maddə 1779) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

1. 1.5-ci bənddə "küçə reklamlarına” sözləri "açıq məkanda reklama” sözləri ilə əvəz edilsin;

2. 2-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkan reklamına görə ödənilən haqqın məbləği "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən müəyyən edilir.”.


SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi