Prezident Ali və Apellyasiya məhkəmələrinə yeni sədrlər təyin etdi - SİYAHI

img

11-07-2017 [18:05]


Bu gün Prezident İlham Əliyev bır sıra məhkəmələrə sədr təyinatı ilə bağlı sərəncamlar verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, aşağıdakı apellyasiya məhkəmələrinə sədrlər təyin edilib:

1. Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

2. Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

3. Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

4. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.


***

Prezidentin digər sərəncamı ilə Ali Məhkəmənin bəzi məhkəmə kollegiyalarına sədri təyin olub:

1. Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin.

2. Əziz Cəfər oğlu Seyidov Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri təyin edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR