Şriftin ölçüsü / 839 dəfə oxunub

Gəncədə televiziya əməkdaşının avtomobili qarət olunub - Təfərrüat + FOTO

11 Iyul 2017 [11:21]
Gəncədə televiziya əməkdaşının avtomobili qarət olunub.

Dünən axşam saat 21:00 radələrində Gəncə şəhəri Əttarlar küçəsində avtomobil qarət olunub. Naməlum şəxs və ya şəxslər şəhər sakini Fərid Mehdiyevə məxsus "OPEL” markalı avtomobilin yan şüşəsini sındıraraq sahibinə məxsus cüzdanı oğrulayıblar.

Pul qabının içərisində nəğd pulla yanaşı, plastik kartlar və digər lazımı sənədlər olub. Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində olublar, zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hələlik qarətçilərin kimliyi məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xatırladaq ki, avtomobilin sahibi Fərid Mehdiyev uzun müddətdir "ARB Kəpəz”in əməkdaşıdır. 

Siyavuş Mehdiyev, zərərçəkənin atası : Oğlumla hüzr yerinə gəlmişdik. Xeyli vaxt evdə oturduq. Axşam saat 9-10 olardı, getmək istəyəndə maşının sürücü tərəfdən şüşəsinin sındırıldığını gördük. Maşının içərisində kişi pul qabısı vardı. Onun da içərisində pul və plastik kartlar var idi. Hamısını aparıblar. (ARB TV)


SON XƏBƏRLƏR