Prezidentin qızı G-20-dəki rəsmi iclasda elə addım atdı ki... - Dünya mediasının təpkisini çəkən hadisə + FOTO

img

08-07-2017 [18:19]


Almaniyanın Hamburq şəhərində keçirilən G-20 sammitinə damğa vuran bu gün daha bir hadisə yaşanıb.

Mia.az xəbər verir ki, sammitin ikinci günündə ABŞ preizdenti Donald Trampın qızı Ivanka Tramp gözlənilməz hərəkət etməklə, dünya mediasının diqqətini cəlb edib.

Belə ki, o, G-20-nin rəsmi iclasında atası Trampın İndoneziya lideri Vidodo ilə görüşmək üçün yerindən qalxdığını görən kimi İvanka tez ayağa qalxaraq, atasından boşalan yerə oturub. İngiltərənin baş naziri  Tereza Meylə Çinin başçısının arasında oturan İvanka atası geri qayıdandan sonra rəsmi masadan yenə nümayişkarənə formada qalxaraq, yerinə qayıdıb. 

Artıq Avropanın öndə gedən media orqanları tərəfindən onun ölkə başçıları ilə eyni masada belə əyləşməsinin həm ciddi müzakirələrə səbəb olub, həm də bunun diplomatik etik normalara tamamailə zidd olduğu qabardılmağa başlanılıb. Xüsusən rus, alman və sammitdə iştirak edən digər ölkələrin jurnalist və fotoqrafları İvankanın  bu hərəkətini əks etdirən fotoları sosial şəbəkədə yayaraq, müxtəlif tənqidi şərhlər yazıblar. 

ABŞ diplomatları isə bu diplomatik qalmaqal yaradan hadisəni belə yozublar: "Ivanka Tramp rəsmi olaraq atasının  babası Donald Trampın sözçülüyünü edir. Ona görə gedib boşalan stulda oturdu".

Lakin bugünkü sammitə qədər heç vaxt belə hal olmayıb. Rəsmi olaraq bildirilir ki, G-20-də ənənəvi olaraq, hər hansı bir ölkənin lideri olmayanda, onu ən yüksək səviyyəli rəsmi diplomat rəsmi masada təmsil edə bilər, daha prezidentin sözçülüyünü edən qızı deyil...

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR