Şriftin ölçüsü / 1922 dəfə oxunub

Nazirlər Qəbələdə bir arada - Fotolar

02 Iyul 2017 [16:24]

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən "Gənc xilasedici” V Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika birinciliyinə yekun vurulub.

Mia.az Axşam.az-a istinadən xəbər verir ki, yekun tədbirlərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində "dəyirmi masa” keçirilib.

Sonra tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən təşkil olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə” sərgisinə baxıblar.

K.Heydərov, M.Cabbarov və A.Rəhimov qalib komandalara mükafatlar, qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim ediblər.

Bəstəkar Sevinc Tofiqqızının "İgidlər yurdusan ey Azərbaycan" mahnısı "Azəri inciləri" tərəfindən ssləndirilib. S.Tofiqqızı bildirib ki, FHN-nə həsr etdiyi "Cəsur cəngavərlər" adlı bəstəsini də Kəmaləddin heydərova təqdim edib.




SON XƏBƏRLƏR