Əfqan Muxtarlının şikayəti təmin edilmədi - QƏRAR

img

29-06-2017 [16:28]


Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib. Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsində onun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Şikayət həmin qərardan verilib.

Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR