Ərdoğan Almaniyada həmvətənləri qarşısında çıxış etmək istəyir, qarşı tərəf isə...

img

29-06-2017 [15:58]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı Almaniyada yaşayan həmvətənləri qarşısında çıxış etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Rusiyada səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.

Nazir qeyd edib ki, Almaniya tərəfi iyunun 28-də Ankaradan müvafiq rəsmi sorğu alıb.

Z.Qabriel bildirib ki, belə iri tədbir zamanı polisin təhlükəsizliyi təmin etmək üçün kifayət qədər imkanı olmayacaq:

"İkincisi isə mən açıq şəkildə dedim ki, fikir ayrılığı fonunda bunu etmək qeyri-münasib addım olardı".

Digər xəbərlər
SON XƏBƏRLƏR