İcra başçısının müavini və baş mühasib vəzifədən çıxarıldı - Nə baş verir?

img

29-06-2017 [15:31]


Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri – RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələlik təyinat olmayıb. Sektor müdiri – RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.

Qeyd edək ki, A.Məmmədova RİH başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb

Digər xəbərlər
SON XƏBƏRLƏR