"Petya" virusu: Azərbaycanda belə təhlükə varmı?

img

29-06-2017 [13:57]


Azərbaycan dövlət strukturlarından "Petya” virusu ilə bağlı şikayətlər daxil olmayıb.

Bu barədə özəl olaraq Trend-ə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu virus bir müddət əvvəl yayılmış "WannaCry” virusu kimi yayılır:

"Lakin bu virusun fərqi ondadır ki, o faylları yox, sərt diski şifrələyir. Bu virus elektron poçt yolu ilə yayılır. Hələlik Azərbaycan dövlət strukturları tərəfindən bununla bağlı şikayət daxil olmayıb”.

Qeyd edək ki, "Petya” virusu Rusiya və Ukraynanın iri neft, telekommunikasiya və maliyyə şirkətlərinə haker hücumuna səbəb olub. Bu virus kompüterləri bloka salır və təkrar açılması üçün 300 dollar məbləğinə bərabər bitkoinlər tələb edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR