"Cavab tədbirləri hazırdır" - Zaxarovadan ABŞ açıqlaması

img

29-06-2017 [00:15]


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın ABŞ-ın Rusiya diplomatlarına 2016-cı ilin dekabrında tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırladığını bildirib.

Mia.az gazeta.ru-ya istinadən xəbər verir ki, o, bununla bağlı "Rossiya 1" telekanalına müsahibəsində qeyd edib: "Cavab tədbirləri hazırdır".

Bununla yanaşı, Zaxarova əlavə edib ki, bu məsələ yalnız Xarici İşlər Nazirliyi tərəfindən həll ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR