Polisin helikopterini ələ keçirdi, Ali Məhkəməni bombaladı - Karakasda ilginc olay + FOTO

img

28-06-2017 [16:18]


Venesuelanın paytaxtı Karakasda Ali Məhkəməyə helikopterlə hücum edilib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, bir təhlükəsizlik xidmətinin əməkdaşı polisə aid helikopteri ələ keçirib. 

O, "350 azadlıq" yazılmış plakatı helikopterdən asaraq, paytaxtın üzərində bir neçə dəfə dövrə vurub. 

Sonra isə Ali Məhkəmənin binasına bomba atmağa başlayıb. Bomba partlayışlarından ölən və yaralananın olmadığı, ancaq  binaya ciddi zərər dəydiyi bildirilir.

Məlumata görə, həmin şəxs "Oskar Perez" adına açılmış sosial şəbəkə hesabından da eyni anda hökumətə qarşı çıxma çağırışları edib. O, belə bir status yazıb: "Xuliqan hökumətə qarşı çıxın".

Hökumət Ali Məhkəməyə hücumu "terror" adlandırıb və həmin şəxsin artıq ələ keçirildiyi bildirilib.

Yerli mətbuat isə Ali Məhkəməyə helikopterdən bomba atan şəxsin hökumətə qarşı çıxan etirazçılardan olduğunu yazıb. Billdirilib ki, o, məhkəmənin aksiya iştirakçılarını qanunsuz həbsə atmasına etiraz əlaməti olaraq, belə bir addım atıb.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR