Putin ilk dəfə kəşfiyyatçılıq sirlərini etiraf etdi: "Bu işləri ancaq seçilmiş adamlar görə bilər, heç kimsə..."

img

25-06-2017 [21:12]


Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqı dövründə Dövlət Təhlükəsizlik Xidmətindəki (KQB) vəzifəsindən ilk dəfə danışıb.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 1975-ci ildə KQB-yə işə qəbul olunduğunu, 1985-90-cı illərdə Almaniyanın Drezden şəhərində fəaliyyət göstərdiyini deyib. Putin ilk dəfə etiraf edib ki, onun vəzifəsi rəsmi olmayıb:

"Mənim gördüyüm işləri hər kəs görə bilməzdi. Bu işləri ancaq xüsusi adamlar görə bilər. Bu saat da bu işləri görən kəşfiyyatçılar böyük fədakarlıq edirlər. Heç kəs həyatından, sevdiklərindən vaz geçməz. Uzun illər ailəsini buraxmaz, buraxa bilməz. Hər kəs həyatını ölkəsinə xidmət etməyə qurban verə bilməz. Bunları ancaq və ancaq seçilmiş insanlar edə bilir. Mən, öz işimi qabartmıram. Ancaq rəsmi olmayan kəşfiyyatçılar xüsusi, seçilmiş insanlardır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR