Tramp Ağ Evdə 21 illik "iftar ənənəsi"ni ləğv etdi: "Daha təşkil olunmayacaq"

img

25-06-2017 [20:37]


1996-cı ildən bu günə qədər hər il Ramazan bayramının son günü Ağ Evdə təşkil olunan iftar süfrəsi bu dəfə açılmadı.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Klinton, Buş və Obamanın prezidentliyi dövründə müsəlmanların iştirakı ilə gerçəkləşdirilən və 21 ildir ənənə halını alan iftar yeməyini ləğv edib.

ABŞ prezidentinin 21 ildir davam edən bu ənənəni ləğv etməsinin səbəbi isə açıqlanmayıb.

Dövlət katibi Reks Tillerson senatda qısaca olaraq deyib ki, bu il iftar mərasimi təşkil olunmayacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR