Prezident baş redaktoru qəbul etdi - Müzakirə + FOTO

img

25-06-2017 [12:59]


Prezident İlham Əliyev rusiyanın məşhur qəzetinin baş redaktorunu qəbul edib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyasının "Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib

Görüşdə Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov onunla söhbətlərin çox maraqlı keçdiyini bildirib.
 
A. Proxanov Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib.  Prezident İlham Əliyev A. Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirib.
 
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Humanitar sahədə əməkdaşlığın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR