Rusiyadan Azərbaycana hərbi texnika gətirildi - Cəbhəboyu zonaya göndəriləcək (VİDEO)

img

24-06-2017 [10:37]


Azərbaycanla Rusiya arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək:

"Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq".

Məlumatda bildirilib ki, Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR