Deputatdan İran səfirliyinə etiraz: "Şuşa məsələsində işğalçılarla həmrəy olmaq..."

img

22-06-2017 [23:11]


"Mən hər bir işdə əlahəzrət məntiqi görməyə çalışan admam. Bakıdakı İran Səfirliyinin təşkilatçılığı ilə "Beynəlxalq Qüds günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi" adlı konfrans keçirilib. Tədbirin keçirilməsi niyyəti ilə işim yox, Qüdslə bağlı problemi diqqət mərkəzinə gətirmək istəyiblər. Hər il bu adda tədbirlər keçirilir və müsəlmanların Qüds üzərindən İsraillə barışmazlığını nümayiş etdirirlər. Ancaq məni düşündürən budur ki, niyə İran Səfirliyi hələ də hər ilin 8 may günündə "Beynəlxalq Şuşa günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi" adlı konfrans keçirmir?".

Mia.az xəbər verir ki, bu sözləri milət vəkili Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.

Deputat sonra belə davam edib:

"Axı bizlər də müsəlman olaraq bilmək istəyirik ki, Qarabağ məsələsində, Şuşa məsələsində İslam dünyasında işğalçılara qarşı həmrəy olanlarla işğalçılarla həmrəy olanlar kimlərdir? Niyə Qüds məsələsində işğalçılara qarşı həmrəy olmaq şərəfli bir davranış sayılır, ancaq Şuşa məsələsində işğalçılarla həmrəy olmaq şərəfsizlik sayılmır? Bu cür tədbirlərdə iştirak edənlər əgər Azərbaycan təəssübünü çəkirlərsə, Qarabağ acısını yaşayırlarsa, arada bu tədbirin təşkilatçılarına yuxarıda qeyd etdiyim sualı versələr, xəncərlərinin qaşı düşməz ki?!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR