Moldova dövlət başçısı fəxri qaravul dəstəsi ilə qarşılandı – Prezidentlərin təkbətək görüşü başlayıb

img

22-06-2017 [11:07]


Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşılayıb.

Qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR