Deputatlar üçün etik qaydalar növbədən kənar müzakirəyə çıxarılır - 55 manatdan bahalı hədiyyə rüşvət sayılacaq

img

19-06-2017 [19:03]


Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxudonun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə dəbu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Bu qeydlər yeni hazırlanan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisinin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır.

Layihədə həmçinin qeyd edilib ki, deputat vəzifəsini icra edərkən qərəzsiz olmalı, vəzifələrinin icrası zamanı irqinə, etnik mənsubiyyətinə , dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. (2 maddə 8.1 və 8.2 birləşdirilib).

Həmçinin, 13.2.1-13.2.6-cı maddələr qanun layihəsindən çıxarılıb.

Qeyd edək ki, "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

***

"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılır.

Parlamnetdən verilən məlumata görə, qanun layihəsinin ikinci oxunuşu iyunun 30-da keçiriləcək iclasda müzakirə ediləcək. 

Qeyd edək ki, "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov və bir neçə deputat qanun layihəsinin bəzi məqamları ilə razılaşmadıqlarını bildirblər.

modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR