"Kabinetlərindəki çarpayı və divanları yığışdırmaq lazımdır" - Məmurlara şok ittiham

img

19-06-2017 [16:15]


"Azərbaycanda bir neçə dövlət qurumunu çıxsaq digər dövlət qurumlarının heç biri işləmir. Fövqaladə Hallar Nazirliyi demək olar ki, ölkəmizdə çox böyük işlər həyata keçirməkdədir. Bu qurumla bağlı indiyənə qədər hər hansısa neqativ hala, rüşvət məsələlərinə rast gəlinməyib. Sağ olsun, Ramil Usubov, DİN də dövlətçiliyin keşiyində ayıq-sayıq dayanıb, Dövlət Gömrük Komitəsi də həmçinin açıq formada fəaliyyət göstərir. Amma digər nazirliklər və komitələr haqqında bunu söyləmək mümkün deyil.”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, qiymətin ceyranın belində olması səbəbindən AZAL sədri Cahangir Hacıyevin təyyarələri boş gedib gəlir:

"Belə baxanda AZAL-da işləyir, hər gün təyyarələri uçur. Amma boş gedib-gəlir. Cahangir Hacıyev öz biznesini inkişaf etdirir. Bir çox dövlət qurumlarında isə arxa kabinetlər, katibələr işləyir. O kabinetlərdəki çarpayı və divanları yığışdırmaq lazımdır. Məsələn Statistika Komitəsi kimə lazımdır? Ayıb olmasın, onlar nəyin statistikasını aparır? 
hafiz-cixis.jpg (960×640)

Bu adam quş həvəskarıdır, axşama kimi cavan qızları yığır idarəyə. Yaxud digər nazirliklər onun-bunun qulağını kəsməklə məşğuldular. Bu kimi nazirliklər ləğv olunmalı, sahibkarlığın inkişafı üçün real addımlar atılmalıdır. Mən burada kimlərinsə adların çəkirəm, başlayırlar ki, Hafiz Hacıyev qərəzlidir. Hardadır burda qərəz? 

Ölkədə baş verən bahalaşmanın da baiskarı mənəm? Bir daha təkrar edirəm ki, yaxın vaxtlarda bu nazirliklər ləğv edilib islahatlar başlanmasa, sahibkarlığa kömək göstərilməsə, prezident seçkiləri ərəfəsi ölkəmizdə ciddi ərazq qıtlığı yaşana bilər".



Digər xəbərlər
SON XƏBƏRLƏR