AMEA-da mənzil qalmaqalı - “1 il işləyənə ev veriblər”

img

19-06-2017 [15:42]


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 54 alimə mənzil verilməsi məsələsi bir çox alimlərin narazılığına səbəb olub.

AMEA-da baş aparıcı mütəxəssis kimi çalışan alim Novruz Məmmədov Modern.az-a açıqlamasında vəziyyəti belə izah edib.

"27 ildir ki, Akademiyada işləyirəm və yataqxanada yaşayıram. Kompüter sahəsi üzrə baş aparıcı mütəxəssisəm. Amma alimlərə ev verilməsi məsələsində siyahıdan kənarda qalmışam. Maraqlıdır ki, bir il işləyənə nədənsə ev veriblər, mənə yox”.

Novruz Məmmədov deyir ki, fakt odur ki, müqavilədə göstərilən şərtlər yerinə yetirilməyib. "AMEA-nın yataqxanasında 118 ailə məskunlaşıb. 2012-ci ildə prezidentin sərəncamı ilə orada insanların şəraitini yaxşılaşdırmaq üçün 1 bloklu 16 mərtəbəli ev tikilməli idi. Amma vəziyyət dəyişdi. Akademiyanın rəhbərliyi ilə bağlanan müqaviləyə əsasən 1 bloklu yox, 4 bloklu oldu. Daha sonra 54 ailəyə mənzil verilib, 50-dən çox ailə isə evsiz qalıb.

Bu məsələdə insanların haqları qeyri-qanuni olaraq tapdalanır. Əsas narazılıq budur ki, digər alimlər hara getməlidir? Bu yeni mənzilin verilməsi yataqxanada yaşayan bütün alimləri əhatə etmir. Halbuki müqavilədə göstərilirdi ki, yataqxanada yaşayan alimlər və sakinlər yeni tikilən evlərə köçürülməlidir. Amma belə olmadı. Bir qrupa verilib bir qrupa yox. Fakt odur ki, müqavilədə göstərilən şərtlər yerinə yetirilməyib”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR