AMEA Riyaziyyat və Mexanika İnstitutunda iki elmi iş müdafiə olunub - Açıqlama

img

19-06-2017 [13:59]


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 birdəfəlik dissertasiya şurasının iclasında Rövşən Telman oğlu Əliyevin "Diskret müdaxiləli semi-markov proseslərinin asimptotik metodlarla tədqiqi” mövzusunda 1208.01-Ehtimal nəzəriyyəsi ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının müdafiəsi  keçirilib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fizika üzrə fəlsəfə doktoru,  Aynurə Cəfərovanın Mia.az-a verdiyi məlumata görə,  dissertasiyada alınmış nəticələr 26 işdə öz əksini tapıb .

Daha sonra dissertasiya şurasının iclasında Gülsüm Allahyar qızı Ağayevanın "Sonlu parçada dəyişən əmsalli operator tənliklər üçün sərhəd məsələlərinin həll olunması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 11 işdə öz əksini tapıb

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub