Şriftin ölçüsü / 99 dəfə oxunub

AFFA Fuad Musayevin vəfatı ilə bağlı başsağlığı yaydı - Mətn

17 Iyun 2017 [11:35]
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı yayıb.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, başsağlığında deyilir:

"AFFA rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin!".

Xatırladaq ki, Fuad Musayev 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub. O, dünən Estoniyadan Azərbayaca dönərkən yolüstü dayandığı Moskvada vəfat edib. 


SON XƏBƏRLƏR
10:22 23.06.2017
İlham Əliyev Şirvanda