Ermənistanın 5 əsgəri məhv edilib - Müdafiə Nazirliyindən rəsmi açıqlama

img

17-06-2017 [11:26]


"Düşmən tərəfi rəsmi açıqladığı kimi, 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib".

Bu barədə Mia.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib. Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir", - deyə məlumatda qeyd olunur.



Digər xəbərlər
SON XƏBƏRLƏR