DİN məlumat yaydı: Biləsuvardakı yanğında uşaq ölüb, anası ağır xəsarət alıb

img

17-06-2017 [11:15]


Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR