Şriftin ölçüsü / 43 dəfə oxunub

"ABŞ-ın yeni siyasəti heç bir nəticə verməyəcək" - Kuba hökuməti

17 Iyun 2017 [10:58]
"ABŞ-ın Kubaya qarşı  yeni siyasəti heç bir nəticə verməyəcək"

Bu barədə Kuba hökumətinin bəyanatında bildirilir.

"Blokadanın gücləndirilməsinə yönələn tədbirlər əvvəllər olduğu kimi heç bir nəticə verməyəcək, xalqımızın sınmaz iradəsini sarsıda bilməyəcək.  Kuba 70 il ərzində olduğu kimi, indidə istənilən təcavüzə qarşı müqavimət göstərməyə hazırdır”, - deyə, bəyanatda bildirilib. 

Sənəddə həmçinin vurğulanır ki, Kuba hökuməti qarşılıqlı maraq doğuran sahələrdə rəsmi Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv edib. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyətin gərginləşdirilməsində ittiham edib.

APA


SON XƏBƏRLƏR
10:22 23.06.2017
İlham Əliyev Şirvanda