Şriftin ölçüsü / 279 dəfə oxunub

Gəlir və xərclərin uçotunun aparılacaq - Prezident yeni qaydaları təsdiqlədi

16 Iyun 2017 [23:57]

Azərbaycan Prezidenti İlham Əliyev "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Vergilər Nazirliyi bu fərmanla təsdiq edilmiş hər iki Qaydanın tələblərinə vergi ödəyiciləri tərəfindən ciddi əməl olunmasına nəzarətin həyata keçirilməsini təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Qaydalar 2017-ci il iyulun 15-dən qüvvəyə minir.




SON XƏBƏRLƏR
10:22 23.06.2017
İlham Əliyev Şirvanda