"Yürüyəcəksənsə, çevrilişlərə qarşı yürü..." - Baş nazirdən CHP-yə sərt ismarıc

img

16-06-2017 [22:14]


Türkiyənin baş naziri Binəli Yıldırım Diyarbəkirdə qatıldığı açılış mərasimində CHP lideri Kamal Kılıcdaroğlunun partiyadaşının həbsinə etiraz olaraq Ankaradan İstanbula başlatdığı piyada yürüşə sərt reaksiya verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki,  baş nazir CHP-nin dünəndən başladığı "Ədalət" şüarı ilə yürüşün mənasız olduğunu deyib.

Baş nazir deyib ki, 15 iyul çevrilişində əlinə bayraq alıb küçəyə çıxmayanların indi belə addım atması anlaşılmazdır : "İndi də başlayıblar Ankaradan İstanbula piyada yürüşə. Yürüyəcəksənsə, çevrilişlərə qarşı yürü. Ədalət küçədə axtarılmaz...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR