Bakıda “Qara adam” peyda olacaq – HUMAN Teatrında

img

16-06-2017 [21:59]


Müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış müstəqil "Human” Teatrı növbəti tamaşasını hazırlayır.

Teatrdan Mia.az-a verilən  məlumata görə "Human”Teatrı bu dəfə Sergey Aleksandroviç Yeseninin  "Qara adam” poemasını  səhnələşdirəcək.

Azərbaycanda ilk dəfə səhnələşdiriləcək əsərin quruluşçu rejissoru yaxın keçmişdə uğurla baş tutan "Yuxum” tamaşasının (ƏSA Teatrının tamaşası) quruluşçu rejissoru Şamil İbrahimovdur.

Artıq premyera günü təyin edilib. Tamaşa üzərində son hazırlıq prosesi gedir.

Qeyd edək ki, müstəqil "Human” teatrının bədii rəhbəri respublikanın əməkdar artisti Pərviz Məmmədrzayev, direktoru Şamil İbrahimovdur.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR