“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub - Klubdan açıqlama

img

16-06-2017 [21:39]


"Fənərbaxça”da gözlənilən təyinat rəsmiləşib. Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngini bundan sonra Aykut Kocamanın çalışdıracaq.
 
Klubdan verilən rəsmi açıqlamada köhnə-yeni baş məşqçi ilə 2 ilik müqavilə imzalandığı qeyd edilib.
 
Kocaman 2010-2013-cü illər aralığında da bu komandada baş məşqçisi olub. Son mövsümdə isə o, "Konyaspor”a rəhbərlik edirdi.
 
Qeyd edək ki, "Fənərbaxça”nı geridə qalan mövsümdə Dik Advokat çalışdırırdı. Hollandiya yığmasından təklif alan mütəxəssis mövsüm bitən kimi istanbullularla yollarını ayırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR