"Emil Seyidov, sən 100 manata nə iş görəcəksən?" - Yol polisi sabiq deputatın qızından aldığı rüşvəti geri verdi

img

16-06-2017 [21:03]


Keçmiş deputat Xeyrəddin Qocanın qızından Yasamalın yol polisi Emil Seyidov rüşvət istəyib.

Mia.az bildirir ki, bu barədə sabiq deputat "Feysbuk"da yazıb:

Deputat bildirib ki, qızım maşını ilə yol qaydasını pozduğu üçün bu gün Yasamal rayon yol polisi tərəfindən saxlanılıb: 

"Ondan maşının texniki pasportunu və sürücülük vəsiqəsini alıblar ki, "maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq”. 

X.Qoca statusunda qızının texniki problemlər ucbatından cəriməni ödəyə bilmədiyini və bunu da polis əməkdaşlarına bildirdiyini yazıb. 

Onun sözlərinə görə, bundan sonra Yasamal Yol Polis Bölməsinə yollanan qızı qanunsuzluqla üzləşib:

"Qapısında "E.Seyidov” yazılmış polis kapitanı qızıma deyib: "Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim”. Beləliklə, E.Seyidov qızımdan 100 manat rüşvət alıb!”.

 Bundan sonra əlaqədar şəxslərlə telefonda danışdığını deyən X.Qoca statusunu əsəbi tonda bitirir: "İndi bu Emil Seyidovdan soruşuram: Sən 100 manata məhkəmədə nə iş görəcəksən? Və sən polis orqanında işləyə-işləyə bilmirsən ki, bir ucdan hamıdan rüşvət almaq olmaz? Bu yazını əllərim əsə-əsə, yüksək təzyiqim ola-ola yazdım! Bu quldurluq nə vaxt bitəcək?».


Maraqlıdır ki, bu status-paylaşımdan az sonra Xeyrəddin Qocanın qızından alınan 100 manat rüşvətin polis əməkdaşı Emil Seyidov tərəfindən geri qaytarıldığını bəyan edib:

"Camaat! Məlumunuz olsun ki, qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov bu gün 100 manatı geri qaytardı. O, qızımın axırıncı pulunu aldığından, qız ağlaya-ağlaya çorək pulu üçün mənim yanıma gəlmişdı...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR