Azərbaycan Ermənistan yığmasını məğlub edib - Bolqarıstanda

img

16-06-2017 [18:18]


Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir. 

Apasport.az saytının məlumatına görə, qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəliblər.
 
Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması yekunda erməniləri 18 top fərqi ilə məğlub edib – 39:21 (21:7).
 
Bu qələbə komandamızın uğursuzluğunu sığortalamaqla yanaşı, "onluğ”a daxil olmaq üçün də şans yaradıb. Təmsilçimiz növbəti matçında İrlandiya ilə oynayacaq. Görüş sabah keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR