Bakıda iki uşaq anası özünü 8-ci mərtəbədən atıb

img

29-05-2017 [10:23]


Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayonu, Fərman Məlikov küçəsi ev 1 ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova 17 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.

Özünə qəsdin dəqiq səbəbləri hələlik məlum deyil. L. Qəribova iki uşaq anasıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR