15 sərnişin, 3 heyət üzvü... - “Neft Daşları”na gedən helikopter qəza enişi etdi

img

27-05-2017 [14:42]


Bu gün "Silkway Helicopters Services aviaşirkəti”nin "Mi-8”helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.

Mia.az xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi də zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"-nin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR