Bakının gecə klubunda kütləvi dava - Ağır yaralı var

img

27-05-2017 [10:02]


Bakıda gecə klubunda kütləvi dava düşüb.

Hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Xəqani küçəsində yerləşən "Troya" gecə klubunda 5 nəfər arasında dava düşüb. Nəticədə 1978-ci il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşı Dheyyaa Əli Əbdülhüsseyn əl-Omairi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
"Report"

Digər xəbərlər
SON XƏBƏRLƏR