Milli Məclisin bir ildə xərclədiyi pulun həcmi açıqlandı

img

24-05-2017 [17:03]


2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisi üzrə 22694,9 min manat məbləğində vəsait nəzərdə tutulub. Hesabat ilində 100% həcmində maliyyələşmə açılıb. 22582,6 min manat və ya təyinatın 99,5%-i həcmində kassa xərci və 24001,8 min manat faktiki göstərici olub.

Bu haqda"2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Milli Məclis Aparatının saxlanılması üçün 2016-cı ildə sərf edilmiş vəsait 2015-ci illə müqayisədə 170,2 min manat və ya 0,8 % çoxdur.

Aparatın saxlanılmasına sərf edilmiş vəsaitin 13182,7 min manatı (58,4%-i) əməkhaqqı xərclərinə, 3091,2 min manatı (13,7%-i ) əməkhaqqına üstəliyə, 894,1 min manatı (4,0%-i) idarənin saxlanılmasına, 1098,4 min manatı (4,9%-i) ezamiyyə xərclərinə, 649,6 min manatı (2,9%-i) nəqliyyat xidmətləri haqqının ödənilməsinə, 862,6 min manatı (3,8%-i) kommunal və kommunikasiya xidmətlərinin ödənilməsinə, 1383,8 min manatı(6,1%-i) istehlak mallarının və materiallarının alınmasına, 22,5 min manatı (0,1%-i) sair xidmətlərin haqqının ödənilməsinə, 108,6 min manatı (0,5%-i) təqaüdlər və sosial müavinətlərə, 731,1 min manatı (3,2%-i) digər xərclərə, 558,0 min manatı (2,4%-i) qeyri-maliyyə aktivlərinə yönəldilib.

Açılmış maliyyələşmədən ilin sonuna 112,3 min manat və ya 0,5% vəsait istifadə edilməyərək geri qaytarılıb.

Dövlət büdcəsinə qaytarılan vəsaitin 9,5 min manatı əməkhaqqı, 2,5 min manatı əməkhaqqına üstəlik, 1,2 min manatı idarənin saxlanılması, 11,6 min manatı ezamiyyə xərcləri, 0,4 min manatı nəqliyyat xidmətləri haqqının ödənilməsi, 70,9 min manatı istehlak mallarının və materiallarının alınması, 3,1 min manatı təqaüdlər və sosial müavinətlər, 4,9 min manatı digər xərclər üzrə olub.

modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR