"Zərbə vuran cərəyanların Azərbaycana ayaq açmağına yol verməməliyik” - Xəbərdarlıq

img

24-05-2017 [13:13]


"Evlərdə quran kursu yaratmaq olmaz. Bu, ancaq məscidlərdə ola bilər”.
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

O bildirib ki, bütün Quran kursları Qafqaz Müsəlmanları İdarəsində qeydiyyata alınmalı və rəsmiləşdirilməlidir: 

"Bu işlə məşğul olan və özünü axund, imam kimi təqdim edən şəxslər qanun qarşısında cavab verməli olacaq. Heç bir səlahiyyəti və təyinatı olmayanlar Quran kursu adı altında gəncləri radikal qrupların təsiri altına sala bilər. Nəyin bahasına olursa olsun, kənardan ümumi islami dəyərlərə xələl gətirən və zərbə vuran cərəyanların Azərbaycana ayaq açmağına yol verməməliyik”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR