"Ərdoğan ən böyük təhlükənin məhz bu partiyadan gələcəyinin fərqindədir” - Türkiyə mediası

img

23-05-2017 [20:20]


Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin 3-cü növbədənkənar fövqəladə toplantısından sonra Səadət partiyasını hədəf alıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeniçağ” qəzetinin köşə yazarı Əhməd Takan öz məqaləsində yazıb.

O bildirib ki, türk lider sözügedən partiyadan olan nüfuzlu şəxslərin AKP-yə keçməsi üçün addımlar atmağa başlayıb:

"Ərdoğan partiya sədri seçilib, arenadan çıxdıqdan sonra vaxt itirmədi. Saraydakı ən yaxın müşavirləri ilə toplantı keçirdi. Yeni yol xəritəsi müəyyən etdi. Bilirsiniz ki, AKP-də fövqəladə durum hələ də davam edir. Ərdoğan gələcəkdə ən böyük təhlükənin məhz Səadət partiyasından gələcəyinin fərqindədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR