Bakı Fond Birjasında 20 milyonluq hərrac - Açıqlama

img

23-05-2017 [18:36]


Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0105004557 ISIN kodlu, 728 gün tədavül müddətli, 20 milyon manat həcmində ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Mia.az-a verilən məlumata görə, hərrac zamanı bir investor tərəfindən 1 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,000,000.00 manat təşkil edib. Sifarişlər 100.00 manat (15.0000 faiz) və 100.00 manat (15.0000 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.00 manat (15.0000 faiz), orta ölçülmüş qiyməti 100.00 manat (15.0000 faiz) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 24-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 3,000,000.00 manat olub. İstiqrazlar 2019-cu il mayın 21-də ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub