Bu bank 7,3 milyon qazanıb, ancaq büdcəyə bir qəpik ödəməyib - Palatadan hesabat

img

23-05-2017 [16:09]


"Azər-Türk Bank" ASC üzrə 2015-ci ilin maliyyə nəticələri zərərlə yekunlaşdığı üçün 3,29 mln. manat proqnoza qarşı dövlət büdcəsinə dividendlər üzrə heç bir ödənişlər həyata keçirilməyib.

Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, "Azər-Türk Bank" üzrə 2016-cı ilin maliyyə nəticələri 7 mln. 337,83 min manat mənfəətlə yekunlaşıb və dövlət büdcəsinə heç bir vəsait ödənilməyib: 

"Bankın nizamnamə kapitalı 50 mln. min manat təşkil edir ki, bunun da 37,5 mln. manatı (75%-i) dövlətə məxsusdur. Buna baxmayaraq, bank 2015-ci ili 4 mln. 631,43 min manat zərərlə başa vurub. İlin zərərlə başa çatmasının əsas səbəbləri verilmiş kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün ayrılmış məqsədli ehtiyatların artması, həmçinin qeyri-standart aktivlərin (qeyri-qənaətbəxş, təhlükəli, ümidsiz kreditlər) artımı ilə izah oluna bilər. Qeyd olunanları nəzərə alaraq, "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurası tərəfindən proqnoz tapşırıqların yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiqdir".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR