Prezident təqdimat verdi, xidmət əməkdaşları dövlət qulluqçusu sayılacaq - Qanuna dəyişiklik

img

23-05-2017 [14:52]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilir.
 
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə "Dövlət qulluğu haqqında” qanunun 2-ci (Dövlət qulluğu) maddəsinə əlavə təklif edilir.
 
Əlavəyə görə, maddədə dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də əlavə edilir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 31-də müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub