"Məqsəd Azərbaycanda qarışıqlıq yaratmaqdır" - Partiya sədrindən ittiham

img

23-05-2017 [14:45]


"Vətənimizə xəyanət edən, ermənilərlə əməkdaşlıqda təqsirləndirilən hərbçilərin hüquqlarını Aslan İsmayılov müdafiə edəcək”.

Bunu CNNBaku-ya açıqlamasında Müasir Müsavat partiyasının rəhbəri Hafiz Hacıyev bildirib. O, bildirib ki, onları müdafiə etmək Aslan İsmayılov üçün mənəvi haqdır.

"Bilirsinizmi, bu onun üçün ənənədir. Hər zaman ölkəmizə qarşı çıxan müxalif qüvvələri, vətən xainlərini, dövlətimizi ona-buna satanları Aslan İsmayılov müdafiə edib. Sizə bir sirr də açım. Onun adı Aslan deyil, Avedikdir. O, ermənidir. Gürcüstan ermənisi”

Hafiz Hacıyev iddia edib ki, Aslan İsmayılovun Bakıda xeyli sayda erməni qohumları yaşayır.

"O Avedik İsmayan, bütün tapşırıqları xaricdəki erməni qohumlarından alır. Məqsəd Azərbaycanda qarışıqlıq yaratmaqdır. Amma onun arzusu boğazında qalacaq. Kim ki, bizim dövlətimizə, cənab prezidentimizə naxələf çıxacaq, xainlik edəcək cəzasın alacaq. Hüquq mühafizə orqanlarını bu erməniyə qarşı diqqətli olmağa çağırıram”



Digər xəbərlər
SON XƏBƏRLƏR