Maliyyə nazirinin keçmiş birinci müavini vəfat etdi – Oğlundan açıqlama

img

23-05-2017 [12:52]


Azərbaycanın keçmiş maliyyə nazirinin birinci müavini Səfər Hüseynov vəfat edib.

Bu barədə Oxu.az-a mərhumun oğlu Tural Hüseynov məlumat verib.

Təqaüddə olan Səfər Hüseynov ağır sürən xərçəng xəstəliyindən bu gün səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, Səfər Hüseyn oğlu Hüseynov 1952-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulub. 1995-1999-cu illərdə Azərbaycan maliyyə nazirinin birinci müavini vəzifəsində çalışıb. 2003-2010-cu illərdə Dövlət Sosial Müdafiə Fondunun Nizami və Suraxanı rayon şöbəsinin müdiri işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR